14 iyun 2011 20:57
Millimizin baş məşqçisi Türkiyəyə yenilgini şərh etdi
Azərbaycan U-17 yığmasının baş məşqçisi Təbriz Həsənov Bakıda təşkil olunan Caspian Cup turniri çərçivəsində Türkiyə millisinə qarşı oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandamızın 2:4 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Oyuna yaxşı hazırlaşmışdıq. Amma erkən qol buraxmağımız komandaya psixoloji baxımdan pis təsir etdi. İkinci hissədə daha yaxşı oynadıq. Təəssüf ki, yaratdığımız qol epizodlarının çoxundan yararlana bilmədik. Türkiyə yığmasını qələbə münasibətilə təbrik edirəm. Həqiqətən də, bugünkü rəqibimiz çox yaxşı komandadı”.
