14 iyun 2011 21:05
“Azərbaycan yığmasına qarşı Bakıda oynamaq asan deyil”
Türkiyə U-17 yığmasının baş məşqçisi Tahir Karapınar Bakıda təşkil olunan Caspian Cup turniri çərçivəsində bu gün keçirilən Azərbaycanla oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandamız üzərində qazandıqları 4:2 hesablı qələbə ilə bağlı bunları dilə gətirib:
“Maraqlı oyunun şahidi olduq. Gərgin mübarizənin sonunda qazanan tərəf biz olduq və buna görə çox şadıq. Azərbaycanlı həmkarlarımızın bizi təbrik etməsi, azarkeşlərin alqışlaması çox xoş oldu. Azərbaycan yığmasına qarşı Bakıda oynamaq asan deyil”.
