14 iyun 2011 00:18
AZAL-dan qələbə, yeni hücumçusundan poker
Avropa Liqasına hazırlığı davam etdirən AZAL təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq oyununu keçirib. Azerisport.az xəbər verir ki, Nazim Süleymanovun komandası bakılı tələbələrdən təşkil olunmuş yığma ilə görüşüblər.
“Təyyarəçilər” bu qarşılaşmada tələbələrin müqaviməti ilə rastlaşsalar da, sonda 4:3 hesabı ilə qalib gəlməyi bacarıblar. AZAL-ın bütün qollarını komandanın düşərgəsinə elə bu günlərdə qoşulan serbiyalı legioner Vladimir Cilas vurub. Baxışda olan forvard pokerə imza atmaqla özünü yaxşı tərəfdən göstərməyi bacarıb.
