14 iyun 2011 12:28

İsgəndər Cavadov: Heç bir klubumuz Fulham ilə mübarizə apara bilməz

Azərbaycanın veteran futbolçusu İsgəndər Cavadov azerisport.az saytına müsahibəsində klublarımızın qarşıdakı avrokuboklar sınağında şanslarını dəyərləndirib.
 
- Bazar ertəsi avrokubokların püşkatması mərasimi olacaq. Kimə daha böyük ümidlər bəsləyirsiz?
- Hamısına həm azarkeşlik edəcəm, həm də ümid bəsləyəcəm. Amma aydın məsələdi ki, bütün klublarımıza çətin olacaq. “Neftçi” Çempionlar Liqasında hətta iki mərhələ keçə bilər. Amma çox şey püşkatmadan asılı olacaq. Mən ötənilki nəticənin təkrarlanmasını istəmirəm. O vaxt “Qarabağ”dan başqa heç bir klubumuz bir mərhələ də olsun, keçə bilmədi. Bu üzdən yenə ən böyük ümidlərim “Qarabağ”adı. Onlar 2-3 mərhələ keçəcəklər.
 
- Bəs AZAL və “Xəzər Lənkəran”?
- AZAL-ın avrokubok təcrübəsi çatışmazlığı var. Ancaq düşünürəm ki, onların da gücü ən azı bir mərhələ keçməyə imkan verir. Mirça Rednikin komandası isə hətta qrup mərhələsinə də iddia edə bilər. Artıq özümüzü göstərmək vaxtıdı.
 
- Rəqib kimi hansı ölkələrlə düşməyimizi istərdiniz?
- Rusiya və Moldova klubları ilə düşməyimizi istəməzdim. Amma qalan MDB ölkələri ilə pis oynamırıq. Polşa və İsrail klublarıyla da istəmirəm. Amma Makedoniya və ya Litva heç də pis olmazdı.
 
- Bəs “Fulham”?
- Heç bir Azərbaycan klubu “Fulham”lə mübarizə apara bilməz. Bu, Azərbaycan yox, İngiltərə Premyer Liqası təmsilçisidi.
 
- Son vaxtlar karyerasında problemlər yaşayan Vaqif Cavadovla bağlı nə baş verir?
- Hər şey ona qarşı bu qədər sərt tənqidlərdən irəli gəlir. Məgər zəif oynayan yalnız odu?
 
- Deməli, günahkar jurnalistlərdi?
- Xeyr, amma qalanlarına da baxın. Azərbaycanda bütün futbolçular eyni səviyyədədi. Vaqif isə sadəcə oyun təcrübəsini itirib. Ona vaxt lazımdı. Bir il öncə onun dalınca qaçırdılar. İndi isə şans vermək istəmirlər. Ən azı hansısa bir klubumuz onu icarəyə götürə bilər. Məsələn, “Qarabağ”.

- Yenidən “Twente”yə qayıtmasına necə baxırsız?
- Əlbəttə, yenidən bunu yoxlamaq pis olmazdı. Amma ona vaxtilə Bakıya qayıtmaq lazım deyildi. Qalıb əvəzedici heyətdə özünü sübut etməliydi.
 
- Futbolçular kimi məşqçilərimizin də ölkədən kənardakı karyerası alınmır. Məsələn, bu günlərdə Ramiz Məmmədov da Qazaxıstanın “Atırau” klubunu tərk edərək, vətənə döndü...
- Orda nə baş verdiyini dəqiq bilməsəm də, güman ki, nəticə verə bilmirdi. İstənilən məşqçi nəticə verə bilmirsə, getməlidi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.