14 iyun 2011 00:27
Daha bir klubumuz Sloveniyaya gedir
Azərbaycan klublarından daha bir Sloveniyaya gedir. Azerisport.az xəbər verir ki, “Muğan” da növbəti mövsümə hazırlıq məqsədilə məhz sözügedən ölkəyə üz tutmaq niyyətindədi.
Salyan klubu hazırda Sloveniya variantı ilə yanaşı həm də ənənəvi olaraq getdiyi Türkiyə variantını da unutmur. Hər halda yaxın gələcəkdə həm təlim-məşq toplanışının vaxtı, həm də yeri müəyyənləşmiş olacaq.
Qeyd edək ki, elita klublarından “Bakı”nın artıq Sloveniyaya gedəcəyi dəqiqləşib.
