14 iyun 2011 12:44
Gloria XL-ın futbolçusunu geri qaytardı
“Xəzər Lənkəran”ın müdafiəçisi Kosmin Frasinesku əvvəlki klubuna qayıdıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra yenidən “Gloria”da çıxış edəcək.
Qeyd edək ki, Frasinesku cənub klubunda icarə əsasında çıxış edirdi. Mövsüm başa çatdıqda onun da icarə müqaviləsinin müddəti bitdiyindən, klub rəhbərliyi Kosmin saxlamaqda maraqlı olmadı. Görünür, Mirça Rednik həmyerlisinin yerinə başqa futbolu almağı hədəfləyir.
