15 iyun 2011 13:42
Emin Quliyev də Turan`da
Azərbaycan yığma komandasının sabiq yarımmüdafiəçisi Emin Quliyev bundan sonrakı karyerasını “Turan”da davam etdirəcək. Azerisport.az xəbər verir ki, təcrübəli dayaq yarımmüdafiəçisi Tovuz klubunun təklifini qəbul edib.
Bölgə təmsilçisi ilə Quliyev arasında bir illik müqavilə imzalanacaq. Əsgər Abdullayevin komandası artıq Ramin Quliyev və Nizami Hacıyevin də transferini bitirmək üzrədi.
Maraq üçün qeyd edək ki, “Turan” indiyə qədər hələlik “Kəpəz”dən Romal Hüseynov və “Qəbələ”dən Namiq Əliyevin transferini tam olaraq bitirib. Emin Quliyevə gəlincə, vaxtilə "Neftçi", "Kəpəz" və "Xəzər Lənkəran"ın şərəfini qorumuş, bir neçə ölkədə legioner həyatı yaşamış bu futbolçu son mövsümü "Simurq"da keçirib.
