15 iyun 2011 16:31
Qarabağ`da ad günü və yeni sürət
“Qarabağ” Türkiyədə təlim-məşq toplanışı davam etdirir. Azerisport.az xəbər verir ki, hazırlığın növbəti günündəə komandanın 2 məşqi nəzərdə tutulub.
Artıq ilk məşqi başa çatıb. Ənənəvi olaraq səhər məşqi 10:30-da baş tutub. Məşqdən öncə kiçik bir təbbir keçirilib. Belə ki, bu gün “Qarabağ”ın və millinin forvardı Vüqar Nadirovun 24 yaşı tamam olub. Qurban Qurbanov səbəbkarı təbrik edərkən komanda yoldaşları alqışlarla Vüqarı təbrik edib.
Məşq isə isinmə hərəkətləriylə başlayıb. Ardınca 3 qrupda “kvadrat” oynayan futbolçular fərqli fiziki təmrinlər yerin yetirməyə başlayıblar. Daha sonra futbolçular meydanboyu fərqli maneələri aşaraq, uzaqdan qapıçıları sınağa çəkiblər. Çalışmanın 2-ci mərhələsində isə topla hərəkət edən futbolçu rəqibinə keçərək qapıya zərbə endirmək üzərində çalışıb.
Qeyd edək ki, milli futbolçuların məşq prosesi get-gedə intensivləşir. İlk çalışmada ilkin təmrinləri yerinə yetirdikdən sonra ümumi çalışmada “kvadrat” oynayan millilər sonra müəyyənləşdirilmiş nəbzdə 2 dəfə kross qaçıblar.
