15 iyun 2011 20:22
Pitsurka Rumıniya yığmasında
Rumıniya milli komandasının yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandanın sükanı Viktor Pitsurkaya tapşırılıb.
Pitsurka iyunun 4-də istefa verən Razvan Luçeskunu əvəzləyib. Artıq Rumıniya Futbol Federasiyası mütəxəssislə razılıq əldə edib. Bu gün rəsmi anlaşmanı imzalayacaq Pitsurka mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, Pitsurka məşqçi karyerası ərzində 1998-1999 və 2004-2009-cu illərdə Rumıniyanın millisini çalışdırıb. O, 2009-cu ildə DÇ-2010-a vəsiqə qazana bilmədiyindən istefa vermişdi.
Maraq üçün onu da əlavə edək ki, Rumıniya Futbol Federasiyası bir neçə gün əvvəl Georgi Haci ilə anlaşma əldə etsə də, bilinməyən səbəblərdən müqavilə bağlanmamışdı.
Viktor Pitsurkanın oğlu Aleksandr Pitsurka qışda "Xəzər Lənkəran"a transfer olunmuşdu. Lakin o, aprel ayında komandadan qovulmuşdu.
