15 iyun 2011 20:47
Mirça Rednik Azərbaycandan getdi
“Xəzər Lənkəran” Avstriyada keçirəcəyi təlim məşq toplanışına hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, komandan bu gündən başlayaraq paytaxtda toplaşmağa başlayıb və iyun ayının 20-də Bakıdan Avstriyaya yola düşəcək.
Bu arada Mirça Rednik Azərbaycanı tərk edərək birbaşa Belçikaya yollanıb. “Xəzər Lənkəran”ın Avroliqada uğurlu çıxış etməsi üçün Rednik komandasına nəinki Rumıniyadan, hətta digər Avropa dövlətlərindən də futbolçu gətirmək fikrindədi. Məhz buna görə də o konkret çalışmalara başlamaqdan ötrü indidən Azərbaycanı tərk edərək Belçikaya yollanıb. (12-ci oyunçu)
