15 iyun 2011 11:28

Əmrah Çəlikəl: İlk mərhələni indiki heyətlə keçə biləcək gücdəyik

“Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl azerisport.az saytına müsahibəsində komandasının Avropa Liqasına hazırlıqlarından, püşkatmadan, transferlərdən və Rauf Əliyevin durumundan danışıb.

- Artıq qarşıdan gələn bazar ertəsi Avroliqanın püşkatmasıdı. Kimi özünüzə rəqib görmək istərdiniz?
- Bizim seçim imkanımız yoxdu. Sadəcə arzularımızı dilə gətirə bilərik. Əgər “Qarabağ” öz oyununu göstərə bilsə, birinci mərhələni keçəcək. Biz uşaqlara inanırıq.
 
- İki il öncə iki, ötən il üç mərhələ keçildi. Bəs bu dəfə “Qarabağ”ın qarşısına hansı vəzifə qoyulub?
- Ötən mövsümlərə nisbətən daha yaxşı çıxış etmək, qrupa düşmək. Hesab edirəm ki, bu, tam realdı və bizim gücümüz buna çatar. Düzdü, çox şey püşkatmada kiminlə düşməyimizdən asılı olacaq. Amma “Qarabağ” yenə Azərbaycan futbolu tarixində yeni bir səhifə açmaq istəyindədi. Özü də bu il qruo mərhələsinə düşmək istəyən başqa klublarımız da var. Onlara da azarkeşlik edib, uğurlarına sevinəcəyik.
 
- Komanda Türkiyə toplanışından sonra Bakıya qayıtmağa hazırlaşır, yoxsa ordan birbaşa səfər matçına gedəcəksiz?
- Əgər ilk oyunumuz səfərdə olacaqsa, təbii ki, elə birbaşa Qızılcahamamda həmin ölkəyə yollanacağıq. İyunun 21-də yoldaşlıq oyunu da keçirməyə hazırlaşırıq. Plana görə ayın 23-də artıq toplanışımız başa çatmalıdı.
 
- Neçə futbolçu almağa hazırlaşırsız?
- Mümkündü ki, Avroliqadakı ilk oyunumuza kimi heç kimi almayaq. Əminəm ki, ilk mərhələni elə indiki heyətlə də keçə biləcək gücdəyik.

 
- Bəs sonra?
- Sonra isə müəyyən variantlara baxacağıq. Dərhal deyim ki, planlarımızda legioner almaq yoxdu. Biz hazırda sadəcə azərbaycanlı futbolçularla danışıqlar aparırıq.
 
- Bəs onlarla danışıqların tez başa çatmasına nə mane olur ki?
- Klublarıyla müqavilələri var. Buna görə də hələ danışıqlarımız davam edir.

- Vaqif Cavadovla da danışıqlar aparırsız?
- O, bizi maraqlandırmır.

- Məgər o, Rauf Əliyevə layiqli əvəzləyici olmazdı?
- Əgər biz Vaqiflə maraqlansaydıq, indi çoxdan “Twente” ilə danışıqlar aparırdıq. Özü də Hollandiya klubu ilə münasibətlərimiz də əladı. Sadəcə Cavadovu yenidən sıralarımıza qaytarmaq planlarımıza daxil deyil, o, bizdə lazım deyil. Raufun yerini başqa azərbaycanlı forvard tutacaq və hazırda Avroliqanın starına kimi onun transferini bitirməklə məşğuluq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.