15 iyun 2011 00:06
“Azərbaycana azarkeşlik etdiyim üçün növbəti rəqibiin Türkiyə olmasını istəyirdim”
Gürcüstan U-17 yığmasının baş məşqçisi Vasil Maisuradze Bakıda təşkil olunan Caspian Cup beynəlxalq turniri çərçivəsində İspaniyaya qarşı keçirdikləri qrupun son oyununu dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesablı bərabərliklə başa çatan qarşılaşmanı belə şərh edib:
“İspaniya yığması kimi güclü bir komanda ilə heç vaxt rastlaşmamışdım. Bu oyunda çox şey öyrəndik. Rəqibimizin hər hansı zəif mövqeyi yox idi. Heç-heçə bizim üçün yaxşı nəticədi. Bu turnirdə Azərbaycan yığmasına azarkeşlik etdiyim üçün növbəti rəqibimizin Türkiyə komandası olmasını istəyirdim”.
