15 iyun 2011 00:31
Çeçenlər Ruud Qulliti qovdular
"Biz Ruud Qulliti bura komanda çalışdırması üçün gətirdik, gecə klublarında çalışması üçün yox. Əgər “Amkar”la matçı da qazana bilməsə, onu göndərəcəyəm”. Azerisport.az xəbər verir ki, bunu Rusiya Premyer Liqasında mübarizə aparan “Terek” klubunun prezidenti Ramzan Kadırov komandasının “Amkar”la oyunu öncəsi dilə gətirmişdi.
Artıq klub rəhbərliyi verdiyi sözə əməl edib. Belə ki, komanda “Amkar”a 0:1 hesabıyla uduzunca, qarşılaşmadan dərhal sonra Qullitin vəzifəsindən uzaqlaşdırıldığı bəyan olunub.
Qeyd edək ki, hollandiyalı ünlü əfsanənin istefası artıq xeyli müddət idi gündəmdə idi. Məhz bu pis gedişat rəhbərliyin sonda onunla vaxtından əvvəl yolları ayırmasına gətirib çıxarıb.
