15 iyun 2011 12:27
Azərbaycan DÇ-2014-ün püşkatması üçün səbətini tanıdı
Azərbaycan yığmasının DÇ-2014-ün püşkatma mərasimində hansı səbətdə yer alacağı tam dəqiqləşib. Azerisport.az xəbər verir ki, komandamız öncədən də gözlənildiyi kimi, beşinci səbətdəki yerini qoruyacaq.
Qeyd edək ki, Berti Foqtsun komandasının Astanada Qazaxıstana məğlubiyyətindən sonra millimizin 5-ci səbətdəki yerini itirəcəyi qorxusu yaranıb. Lakin böyük ehtimalla belə bir ciddi dəyişiklik olmayacaq və Qazaxıstan sonuncu, Azərbaycan isə elə beşinci səbətdə qalacaq.
DÇ-2014-ün püşkatmasında səbətlərin tam tərkibi isə belə olacaq:
1-ci səbət: İspaniya, Hollandiya, Almaniya, İngiltərə, Portuqaliya, İtaliya, Xorvatiya, Norveç, Yunanıstan.
2-ci səbət: Fransa, Çernoqoriya, Rusiya, İsveç, Danimarka, Sloveniya, Türkiyə, Serbiya, Slovakiya.
3-cü səbət: İsveçrə, İsrail, İrlandiya, Belçika, Çexiya, Bosniya və Herseqovina, Belarus, Ukrayna, Macarıstan.
4-cü səbət: Bolqarıstan, Rumıniya, Albaniya, Gürcüstan, Litva, Şotlandiya, Şimali İrlandiya, Avstriya, Polşa.
5-ci səbət: Ermənistan, Estoniya, Finlandiya, Kipr, Latviya, Moldova, Makedoniya, Azərbaycan, Farer adaları.
6-cı səbət: Uels, Lixtenşteyn, İslandiya, Qazaxıstan, Lüksemburq, Malta, Andorra, San-Marino.
