15 iyun 2011 00:45
Sadıqovun komandasına ağır zərbə
Rusiya Premyer Liqasında 13-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin sabiq çalışdırıcısı Vaqif Sadıqovun məşqçi kimi çalışdığı “Anji” klubu hesabat turunu məğlubiyyətlə başa vurub.
Mahaçqala təmsilçisi səfərdə əsas rəqiblərindən Moskva CSKA-sı ilə qarşılaşıb. Qarşılaşma həmyerlimizin komandası üçün heç də yaxşı başlamayıb. Artıq 27-ci dəqiqədə Mahaçqala klubu 0:2 hesabıyla məğlub duruma düşüb. Fasilədən sonra daha bir qol vuran paytaxt təsmilçisi əsas izləyicisi olan “Anji”yə qalib gəlməklə birinci pillədəki yerini qoruyub. Üstəlik, CSKA-nın hesabında hələ bir təxirə salınmış oyunu da var.
Bu məğlubiyyət “Anji”ni Premyer Liqanın üst pillələrindəki mövqeyinə ciddi təsir edib. Belə ki, Sadıqovun komandası hazırda 4-cü pillədə qərarlaşıb.
| 1 | CSKA Moscow | 12 | 7 | 4 | 1 | 24 | - | 9 | 25 |
| 2 | Zenit Petersburg | 13 | 6 | 5 | 2 | 23 | - | 12 | 23 |
| 3 | Lok. Moscow | 13 | 6 | 4 | 3 | 22 | - | 13 | 22 |
| 4 | Anzhi Makhachkala | 13 | 6 | 4 | 3 | 12 | - | 11 | 22 |
| 5 | Kuban Krasnodar | 13 | 6 | 3 | 4 | 15 | - | 12 | 21 |
| 6 | Rubin Kazan | 13 | 5 | 6 | 2 | 18 | - | 10 | 21 |
| 7 | Dinamo Moscow | 13 | 5 | 5 | 3 | 16 | - | 17 | 20 |
| 8 | Spartak Moscow | 13 | 5 | 3 | 5 | 12 | - | 15 | 18 |
| 9 | FC Krasnodar | 13 | 4 | 5 | 4 | 15 | - | 17 | 17 |
| 10 | Amkar | 13 | 4 | 3 | 6 | 11 | - | 17 | 15 |
| 11 | Tomsk | 13 | 3 | 6 | 4 | 14 | - | 19 | 15 |
| 12 | Volga Nyzhnyi | 12 | 4 | 1 | 7 | 14 | - | 13 | 13 |
| 13 | FK Rostov | 13 | 3 | 3 | 7 | 15 | - | 21 | 12 |
| 14 | Terek Grozny | 13 | 3 | 3 | 7 | 9 | - | 17 | 12 |
| 15 | Krylya Sovetov Samara | 13 | 2 | 5 | 6 | 8 | - | 17 | 11 |
| 16 | Spartak Nalchik | 13 | 1 | 6 | 6 | 11 | - | 19 | 9 |
