16 iyun 2011 13:03
Neftçi Rumıniya və Çexiya klubları ilə üz-üzə
“Neftçi” Vyanada təşkil olunacaq mini-turnirdə iştirak edəcək. Azerisport.az xəbər verir ki, turnirdə həmçinin Ukraynanın “Karpatı”, Çexiyanın “Viktoria” və Rumıniyanın “Cluj” klubları da çıxış edəcək.
Qeyd edək ki, sözügedən turnir “Neftçi”nin Avstriyadakı təlim-məşq toplanışı dövrünə təsadüf edəcək. Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək paytaxt klubunun Vyana hazırlığı iyunun 26-dan iyulun 5-nə kimi davam edəcək.
