16 iyun 2011 13:32

Çertoqanov İnter`i Qəbələ`yə dəyişməsinin səbəblərini açıqladı

Bu yay “İnter”i “Qəbələ”yə dəyişən milli komandamızın yarımmüdafiəçisi Aleksandr Çertoqanov azerisport.az saytına müsahibəsində bu dəyişikliyin səbəblərindən danışıb.
 
- Üç il idi şərəfini qoruduğunuz “İnter”dən ayrılmağınıza nə səbəb oldu?
- Hər şeyə rəğmən mən bu komandanı yaxşı hisslərlə tərk etdim. Hətta indi də klub rəhbərliyi ilə gözəl münasibətlərim qalmaqdadı. Bakı klubu mənə çox doğma idi, çox xoş günlərim oldu. Hər halda təəssüflənmirəm.

- Sizin “İnter”dən gedəcəyinizə dair informasiyalar hələ mövsüm başa çatmamış yayılmaqda idi...
- “Qəbələ” mənimlə çoxdan maraqlanırdı. Amma hər şeyə AÇ-2012-nin seçmə mərhələ oyunlarından sonra aydınlıq gəldi, keçidlə bağlı danışıqları yekunlaşdırdıq, razılığa gəldik. Rəhbərliklə iki illik müqaviləyə razılaşdıq.
 
- Niyə məhz “Qəbələ”?
- Mənim “Qəbələ”yə keçidim maliyyə cəhətdən heç bir dəyişikliyə səbəb olmadı. Mənim üçün ən əsası yaxşı komandaya keçmək idi. Buna da nail oldum. Hər halda yeni klubum ambisiyalıdı.

- Siz həm də “Qəbələ”nin heyətinə qatdığı növbəti yığma üzvü oldunuz...
- Bu, o deməkdi ki, “Qəbələ” növbəti mövsümdə yüksək yerlər uğrunda mübarizə aparacaq. Saşa Yunisoğlu, Arif İsayev və Murad Hüseynov ötən mövsümdən bu komandada çıxış edir. Bu mövsümdən isə Vurğun Hüseynov, Mahir Şükürov və mən də burda top qovmuş olacağıq. Bütün bu futbolçuları yığmadan yaxşı tanıyıram və düşünürəm ki, uyğunlaşma baxımından heç bir problemimiz olmayacaq.
 
- Kaxaber Sxadadzedən sonra Toni Adamsla işləməli olacaqsız...
- Gürcünü həmişə bir insan kimi xatırlayacam. O, mənə güvənirdi. “Qəbələ”də də adlı-sanlı Adamsla çalışmalı olacam. Ümid edirəm ki, birgə fəaliyyətimiz komandaya fayda gətirəcək. Məni sevindirən əsas məqamlardan biri odu ki, klubun yaxşı infrastrukturu mövcuddu. Düzdü, işlər hələ tamamlanmayıb. Amma inanıram ki, qısa zamanda həm yaxşı stadionumuz, həm də bazamız olacaq.

- Rəhbərliklə yeni mövsüm üçün hansı məqsəd uğrunda mübarizə aparacağınızı müzakirə etmisiz?
- Aydın məsələdi ki, ən yüksək yerlər uğrunda mübarizə aparacağıq. Minimum, avrokuboklara vəsiqə qazanmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.