16 iyun 2011 13:48
“Ən yaralı yerimiz qapıçılarımızın zəif oyunudu”
Özbəkistan U-17 yığmasının baş məşqçisi Dilşod Nuraliyev Bakıda təşkil olunan Caspian Cup beynəlxalq turniri çərçivəsində bu gün 5-ci yer uğrunda qarşılaşdıqları Qazaxıstanla oyunu şərh edib. Azerisport.az xəbər verir ki, komandasının 0:5 hesablı məğlubiyyəti ilə bağlı o, bunları dilə gətirib:
“Rəqibə müqavimət göstərmək üçün gücümüz çatmadı. Komandamızın yorğunluğu açıq-aşkar hiss olunurdu. Bununla belə, bizim də qol vurmaq şanslarımız oldu. Amma yararlana bilmədik. Ən yaralı yerimiz qapıçılarımızın zəif oyunudu. Çünki 2 əsas qapıçımızın heç birini Bakıya gətirə bilməmişdik”.
