16 iyun 2011 13:51
5 cavabsız qolla qələbə və AFFA-ya minnətdarlıq
Qazaxıstan U-17 yığmasının məşqçisi Nikolay Stoyakin Bakıda təşkil olunan Caspian Cup beynəlxalq turniri çərçivəsində bu gün 5-ci yer uğrunda qarşılaşdıqları Özbəkistanla oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 5 cavabsız qolla qələbə qazandığı oyunla bağlı bunları dilə gətirib:
“Turnirdəki son oyunumuzu qələbə ilə başa vurduğumuz üçün sevinirik. Sürətli oynadıq. Yaratdığımız qol epizodlarının hamısından istifadə edə bilməsək də, böyükhesablı qələbə qazandıq. Bu turniri təşkil etdiyi üçün AFFA-ya minnətdarlığımızı bildiririk. Düşünürəm ki, yaxşı təcrübə mübadiləsi oldu”.
