16 iyun 2011 14:17
“Buraxdığımız bir səhv ucbatından məğlub olduq”
Qırğızıstan U-17 yığmasının baş məşqçisi Marat Jumakeyev Bakıda təşkil olunan Caspian Cup beynəlxalq turniri çərçivəsində bu gün 7-ci yer uğrunda qarşılaşdıqları Tacikistanla oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının minimal hesablı məğlubiyyətlə üzləşdiyi görüşlə bağlı bunları dilə gətirib:
“İlk növbədə bu yarışı təşkil etdiklərinə görə AFFA-ya dərin minnətdarlığımı bildirirəm. Meydanda əsl mübarizəyə şahidlik etdik. Oyun bərabər səviyyədə getsə də, sonda buraxdığımız bir səhv ucbatından məğlub olduq. Rəqibi qələbə münasibətilə təbrik edirəm”.
