16 iyun 2011 14:20
Bakıda qazanılan ilk uğur
Tacikistan U-17 yığmasının baş məşqçisi Numonson Yusupov Bakıda təşkil olunan Caspian Cup beynəlxalq turniri çərçivəsində bu gün 7-ci yer uğrunda qarşılaşdıqları Qırğızıstanla oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 1:0 hesablı qələbəsi ilə başa çatan oyunla bağlı bunları dilə gətirib:
“Ən əsası, komandamız qalib gəldi. Bütün göstəricilərdə rəqibdən üstün olsaq da, yalnız ikinci hissədə qol vura bildik. Bu, bizim beynəlxalq arenada ilk qələbəmizdi. Bu yarışı təşkil etdiyinə görə AFFA-ya minnətdarlığımı bildirirəm. İspaniya, Türkiyə, Azərbaycan kimi komandalarla oyunlarda kifayət qədər təcrübə qazandıq”.
