16 iyun 2011 14:58
XL Avroliqanın püşkatma mərasimində kimlərlə təmsil olunacaq?
Avrokuboklardakı digər təmsilçilərimiz kimi, “Xəzər Lənkəran” da intizarla iyunun 20-də keçiriləcək Avropa Liqasının püşkatmasını gözləyir. Azerisport.az xəbər verir ki, artıq Lənkəran klubunu da sözügedən mərasimdə kimlərin təmsil edəcəyi müəyyənləşib.
Belə ki, iyunun 20-də İsveçrənin Nyon şəhərində baş tutacaq tədbirdə “Xəzər Lənkəran”ı klubun vitse-prezidenti Tuyqun Nadirov və Lənkəran stadionunun direktoru Höccət Hacıyev təmsil edəcək.
Maraq üçün onu da əlavə edək ki, digər təmsilçilərimizdən fərqli olaraq, “Xəzər Lənkəran” Avroliqadakı çıxışına ikinci təsnifat mərhələsindən başlayacaq.
