16 iyun 2011 15:30
FİFA referilərimizə yeni təyinat
FİFA referiisi Anar Salmanov və çimərlik futbolu üzrə FİFA referisi Fuad Həsənov yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, Anar Salmanov 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının iyulun 20-dən avqustun 1-ə qədər Rumıniyada keçiriləcək final mərhələsinin oyunlarında iştirak edəcək.
Fuad Həsənov isə çimərlik futbolu üzrə Avropa çempionatının iyulun 7-dən 10-dək Almaniyanın Berlin şəhərində təşkil olunacaq seçmə mərhələ oyunlarında meydana çıxacaq.
