16 iyun 2011 16:09

Əfran İsmayılov: Artıq qrup mərhələsinə vəsiqə qazanmaq vaxtıdı

“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov azerisport.az saytına müsahibəsində komandasının Türkiyə toplanışından və Avropa Liqasındakı şanslarından danışıb.
 
- İstirahətiniz necə keçdi?
- Normal. Azərbaycan yığmasının üzvlərinə Türkiyədə də iki gün əlavə istirahət verilmişdi. Amma toplanışın ilk günləri mənim üçün bir qədər çətin keçdi.

- Məşqlər necə gedir?
- Hər şey heç də asan keçmir. Çünki artıq Avropa Liqasının startına cəmi 2 həftə qalıb. Məşqçilərimizin dediyi qaydada hazırlaşırıq. Səhərlər fiziki hazırlıqlara daha çox diqqət ayrılır. Axşamlar isə texniki və taktiki hazırlıqlar ön planda olur.
 
- Avroliqanın püşkü ərəfəsində komandada əhval-ruhiyyə necədi?
- Atmosfer yaxşıdı. Az qala hər gün bir araya toplaşırıq. Komanda da başa düşür ki, bizdən çox şey gözləyirlər. Biz ən azı ötən mövsümkü uğurumuzu təkrarlamalıyıq.
 
- Bəs maksimum?
- Məncə, artıq qrup mərhələsinə vəsiqə qazanmaq vaxtıdı.
 
- İki həftəyə hazırlıqlarınızı tamamlaya biləcəksiz?
- Məşqçilər korpusu bunun üçün əlindən gələni edir. Hazır olmalıyıq. Biz artıq iki mövsümdü bu tempdə oynayırıq. Gördüyünüz ki, hələ ki, bir problem olmur.
 
- Zaur Tağızadə ilə işləmək necədi?
- O, yaxşı futbolçu olub. Yaxşı da məşqçi olacaq. Əla xarakterə malik inşandı və “Qarabağ”da ona çətin olmayacağını düşünürəm.

- Avroliqanın startına kimi cəmi 1 oyun keçirəcəksiz?
- Bəli, İran klubuyla oynayacağıq. Ümumiyyətlə, bu regionda bizim klubdan başqa komanda yoxdu. Tezliklə iranlılar gələcək, onlarla oynayacağıq. Bir oyun kifayət edər.
 
- Potensial rəqiblərin siyahısı ilə tanış olmusuz?
- Bir neçə dəfə baxmışam. Orda kifayət qədər ciddi rəqiblər var. Heç də asan olmayacaq.
 
- Həmin 24 klubdan hansının rəqibiniz olmasını istərdiniz?
- Bunu biz yox, püşk seçir. Amma istərdim ki, Farer adalarından olan klublarla oynayaq. Mən bu ölkənin gənclərdən ibarət yığmasına qarşı forma geymişəm. Onları asanlıqla keçmək olar.
 
- Heyətdə də yenilik yoxdu. Hazırkı oyunçularla uğur qazana biləcəksiz?
- Mən bildiyimə görə, birinci mərhələni elə bu heyətlə yola verəcəyik. Burda qorxulu nəsə görmürəm. Amma tezliklə yeni oyunçularımız da olmalıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.