16 iyun 2011 16:11
Yığmamızın heyətində dəyişiklik edildi
Xəbər verdiyimiz kimi, iyunun 16-dan 19-a qədər Sumqayıtda, iyunun 19-dan 25-ə qədər isə Özbəkistanın Daşkənd şəhərində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, toplanışa dəvət olunmuş futbolçuların siyahısında 1 dəyişiklik edilib.
Rizvan Umarovun əvəzinə Rusiyanın “Stolitsa” klubunun üzvü Abdulla Abatsiyev yığmaya dəvət olunub.
