16 iyun 2011 16:20

Toni Adams: Azərbaycanlılar hisslərini gizlətməyi bacarmırlar

Hələ ötən ay İngiltərəyə yollanan “Qəbələ”nin baş məşqçisi Toni Adams vətənində də mətbuatın diqqət mərkəzindədi. Azerisport.az xəbər verir ki, ingiltərəli mütəxəssis növbəti belə bir açıqlamasında “Qəbələ”  futbol klubu, ümumilikdə Azərbaycan futbolu haqqında maraqlı fikirlər səsləndirib.

Təcrübəli mütəxəssis  bir il əvvələ qayıdaraq, öncə “Qəbələ” futbol klubuna gəlişindən danışıb: “Mənə  “Qəbələ” futbol komandasının baş məşqçisi vəzifəsini tutmaq təklif olundu. Etiraf edim ki, yeni təklif məndə böyük maraq doğurdu. Bu təklifi və imkanlarımı götür-qoy etdikdən sonra bir məsələni özüm üçün yəqinləşdirməyə çalışdım: mən “Qəbələ” üçün nə edə bilərəm və komandanı inkişaf etdirmək üçün qarşı tərəfə hansı təklifləri  verə bilərəm. Çünki bu, mənim üçün tamamilə yeni bir layihə idi”.

Toni Adams  həmkarları qarşısında layihəyə razılıq verməyinin səbəbini belə   əsaslandırıb: “Əvvəlcə bilmək istəyirdim ki, üzərimə düşən vəzifə nədən ibarətdir. Sonra özüm-özümə sual verdim ki, bu komandanı çempion edə bilərəmmi? Məni gözləyən işlə bağlı geniş məlumat verildikdən sonra yəqin etdim ki, Azərbaycanda çalışa bilərəm. Ancaq qərar vermək hələ işə başlamaq deyildi. Əvvəlcə aydınlaşdırmalı idim ki, orada nə etmək olar və klubun inkişafı üçün hansı yenilikləri gerçəkləşdirə bilərəm. Bu qənaətə gəldim ki, əvvəlcə məşq metodlarımı və baxışlarımı dəyişməliyəm. Mən universitetdə sosiologiya və ətraf aləmlə münasibətlər üzrə təhsil almışam. Aldığım təhsil bu işdə mənə kömək etdi - yeni insanlarla, mühitlə münasibət qurmaqda mənim dadıma çatdı”.

Ölkəmizlə bağlı   xoş təəssüratlarını da bölüşən baş məşqçi Qəbələdə gördüyü gözəlliyin, sürətli inkişafın onu müsbət ovqata  köklədiyini bildirib: “Azərbaycan çox xoşuma gəldi. Əgər öz klubuna və işinə qəlbən bağlanırsansa, gördüyün iş istər-istəməz həyatının bir hissəsinə çevrilir. Gəldiyim ilk gündən ətrafımdakılara dedim ki, mən bu ölkəyə diqtə etmək üçün gəlməmişəm. Biz hədəflərimizə doğru tədricən irəliləməliyik. Bu klubda texniki direktor və baş məşqçi olmağımla fəxr edirəm. Mən düşünürəm ki, klubun və futbolçularımın səviyyəsi çox yaxşıdır.

Yeni mövsümdən komandama daha çox azərbaycanlı futbolçu cəlb etməyə çalışıram. Azərbaycanda çalışdığım 1 il ərzində, komanda quruculuğu yönündə xeyli iş görülüb. Futbolçularım öhdələrinə düşən  işə çox məsuliyyətlə yanaşırlar. Mən də əlimdən gəldiyi qədər onlara kömək etməyə çalışıram. Ona görə də, klubda hər şey yaxşılığa doğru dəyişir.

Komandamız son mövsüm çempionat oyunlarını sintetik ot örtüklü meydançada keçirib, yaxıün keçmişdə məşqlərimiz də sintetik örtüklü meydanda olurdu. İndi artıq 4 təbii ot örtüklü hazır meydançamız var. Bu isə o deməkdir ki, komanda son məşqlərini yenicə istifadəyə verilmiş təbii ot örtüklü meydanda keçirib. Meydançanın vəziyyəti çox yaxşıdır. Hazırda çempionat oyunlarını keçirdiyimiz meydançanın da süni örtüyünün təbii ot örtüyü ilə əvəzlənməsinə başlanılıb. Yeni mövsümün açılışına qədər tam hazır olmalıdır". 

Məşhur mütəxəssis uzaq İngiltərədə milli futbolumuzdan da danışıb: “Bir az Azərbaycan futbolu haqqında danışmaq istərdim. Azərbaycanda işlədiyim bu bir il ərzində ölkə futboluna dair xeyli bilgi toplamışam. Bu ölkə sürətli inkişaf yoluna qədəm qoyub. Demək olar ki, əksər sahələrdə nəzərəçarpacaq dərəcədə inkişaf  gedir. Doğrudur, futbol infrastrukturu və meydançalar hələ istənilən səviyyədə deyil. Amma unutmaq olmaz ki,  hər şey birdən-birə olmur. Əsas odur ki, hazırda bu istiqamətdə işlər istədiyimiz səviyyədə aparılır.

“Qəbələ” 12 komandanın mübarizə apardığı çempionatda cıxış edir. Azərbaycan çempionatında güclü klublar var və bir neçə komanda çempionluq uğrunda mübarizə aparır. “Neftçi” və “Qarabağ” ölkənin ən güclü klublarındandır. Bu il çempion olan “Neftçi” özünəməxsus tarixi olan klubdur. Ölkədə güclü klubların olması, əlbəttə ki, bizim də xeyrimizədir. Çünki komandamızı inkişaf etdirmək istəyiriksə, ciddi klublarla oynamağımız əsas şərtdir”.

Toni Adams azərbaycanlıları istiqanlı, emosional insanlar kimi xarakterizə edib: “Azərbaycanlılar çox çılğındırlar, hisslərini gizlətməyi sevmirlər. Komanda uduzanda  üzülür, qələbə qazananda isə bunu əsil bayrama çevirirlər. Mənim 5 övladım var. 5 yaşlı oğlum “Qəbələ”nin oyunlarına gəlib komandama azarkeşlik edir. Onun tribunada əlində Azərbaycan bayrağı yellədiyini tez-tez görürəm. Komandamızın yaxşı, mütəşəkkil fan-klubu var. Yaxın illər ərzində, güman ki,  komandamı çempion edə bilərəm. Əslində, məqsədimiz də elə budur. Amma əvvəlcə Azərbaycanın ən güclü klubları səviyyəsinə qalxmalıyıq. Bunun  üçün isə var qüvvəmlə çalışıram və hələ bundan sonra da görüləsi işlər çoxdur”.  

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.