16 iyun 2011 17:06
Neftçi turnirin qalibi oldu
"Neftçi"nin 15 yaşadək yeniyetmələrdən ibarət komandası 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan turnirin qalibi olub. Azerisport.az xəbər verir ki, İslam Kərimovun rəhbərlik etdiyi U-15 6 komandanın qatıldığı turnirin finalında "Vətən" klubu ilə qarşılaşıb.
Həlledici görüşdə "Neftçi" rəqibini 5:4 hesabı ilə məğlub edib. Komandamızın qollarından üçünə Fəhmin Muradbəyli, hərəyə birinə isə Elton Xudadatovla Toğrul Həsənzadə imza atıb.
