16 iyun 2011 18:54

Zeynal Məmmədov: Biz gələcəyin komandasını qururuq

“Bakı” futbol klubunun vitse-prezidenti Zeynal Məmmədov ötən mövsüm və klubun gələcək planları barədə fikirlərini bölüşüb. Azerisport.az həmin müsahibəni diqqətinizə çatdırır.
 
“Ötən mövsüm Avroliqadakı uğursuzluqla başladı və bu uğursuzluq çempionatda da davam etdi. Avroliqada hər iki oyunda qalib gəlməyimizə baxmayaraq, mərhələ adlaya bilmədik və bu komandaya pis təsir etdi. Bunun ardından çempionat oyunları başladı. Mövsümə alman baş məşqçi Vinfrid Şeferlə başladıq və onun qarşısına minimum olaraq Avroliqaya vəsiqə qazanmaq vəzifəsini qoyuldu. Ancaq buna nail olmadıq.
 
Bu uğursuzluqda tək məşqçini günahlandırmaq olmaz, burada rəhbərlikdən futbolçulara qədər hamımızın günahı var.
 
Yeni mövsümdən tam fərqli “Bakı” görəcəksiniz. Mövsümə gənc futbolçuların əsas komandaya cəlb olunması ilə start verdik. Baş məşqçimizin istəyi ilə əvəzedici komandanın beş futbolçusu əsas komandaya gətirilib. Bundan əlavə milli komandamızın üzvü Elvin Məmmədovu və gənc futbolçu Novruz Məmmədovu komandanın heyətinə cəlb etdik.
 
İnfrastruktur baxımından önəmli addım attıq. Klubun bazası tikilib, istifadəyə verilib. Əsas məqsəd burada yaxşı futbolçular yetişdirməkdir. İstəyimiz budur ki, gələcəkdə əsas komandada 2-3 leginer oynasın. Qalan futbolçular isə öz yetirmələrimiz olsun. 3-4 ildir ki, bu istiqamətdə işlər aparırıq və inanırıq ki, 4-5 il ərzində istəyimizə çatacayıq. Bu məqsədlə gərək öz yetirmələrimizə gənclərə inanaq, onlara oyunlarda şans verək.
 
Yeni mövsümdə uğursuzluğu yaddan çıxarıb, irəli baxmalıyıq.  “Bakı”nın böyük perspektivləri var və biz gələcəyin komandasını qururuq. “Bakı” gələcəyi fikirləşir və uşaq futboluna böyük diqqət ayrılır. Gələcəkdə hər istiqamətdə uğurlu olması üçün indidən işlərimizi düzgün qurmalıyıq". (klubun saytı)
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.