16 iyun 2011 19:58
Təbriz Həsənov: Sevinirəm ki, üçüncü yeri tutduq
Azərbaycan U-17 yığmasının baş məşqçisi Təbriz Həsənov Bakıda təşkil olunan Caspian Cup beynəlxalq turniri çərçivəsində bu gün Gürcüstanla keçirilən 3-cü yer uğrunda oyunu şərh edib. Azerisport.az xəbər verir ki, penaltilərlə rəqibini məğlub etməyi bacaran millimizin çalışdırıcısı bunları dilə gətirib:
“Rəqibimizin oyunlarını izləmişdim və güclü komanda olduğunu bilirdim. Oyuna ciddi hazırlaşmışdıq. Hər iki komanda əzmkar mübarizə apardı. Sevinirəm ki, oyunsonrası penalti seriyasında qalib gələrək üçüncü yeri tutduq”.
