16 iyun 2011 20:03
“Azərbaycanla görüşdə bərabər səviyyəli oyunun şahidi olduq”
Gürcüstan U-17 yığmasının baş məşqçisi Vasil Maisuradze Bakıda təşkil olunan Caspian Cup beynəlxalq turnirində bu gün keçirilən Azərbaycanla 3-cü yer uğrunda oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının məğlubiyyəti ilə bağlı bunları dilə gətirib:
“Bərabər səviyyəli oyunun şahidi olduq. Qazaxıstanda keçirilmiş turnirin finalında Azərbaycan yığmasının penalti seriyasında qalib gəldiyini bilirdik. Bu dəfə də 11 metrlik zərbələri dəqiq yerinə yetirib qələbə qazandılar. Rəqibimizi təbrik edirəm”.
