16 iyun 2011 11:24
Elvin Əliyev: AZAL mənim gözlədiyim təklifi etmədi
AZAL-ın sabiq müdafiəçisi Elvin Əliyev azerisport.az saytına müsahibəsində paytaxt klubundan gedişindən, “Bakı” ilə danışıqlarından, avrokubokların püşkatmasından və yığmamızdan danışıb.
- Növbəti mövsüm harda çıxış edəcəksiz?
- Hələlik, heç kimlə müqavilə bağlamamışam. Amma “Bakı” ilə danışıqlar aparıram. Bu komandaya qayıtmağa hazırlaşıram. Bundan başqa daha iki əlavə təklif də var.
- Niyə AZAL-da qalmadınız?
- Mən AZAL-a minnətdarlığımı bildirmək istərdim. Bu klub mənim üçün çox iş gördü. Əhəmiyyətli dərəcədə artırdığımı düşünürəm. Sadəcə, onlar mənim gözlədiyim təklifi etmədilər. Mən tam fərqli təklif gözləyirdim. Buna görə də yeni müqavilə bağlamaqdan imtina etdim.

- Siz hətta bu komandanın avrokuboklara vəsiqə qazanmasını da nəzərə almadınız...
- Onlara Avropa Liqasında uğurlar arzulayıram. Bu turnirə vəsiqə qazanmağa layiq idilər. Əminəm ki, Avroliqada mənsiz də uğurlu çıxış edə biləcəklər. Sadəcə bunun üçün AZAL-a bir neçə əlavə transfer etmək lazım gələcək.
- Hansı mövqelərin güclənməsinə ehtiyac vardı?
- Bu suala baş məşqçi daha yaxşı cavab verə bilər. Amma mənə elə gəlir ki, forvarda ehtiyac vardı. Komandada yaradılan vəziyyətləri qola çevirmək baxımından problem var idi. Həmçinin Zohair Benuahini saxlamağa çalışmalıdılar. Onun nə istədiyini bilməsəm də, komandaya çox lazım olduğunu dəqiq bilirəm.

- AZAL-ın potensial rəqibləri arasında “Fulham” də var...
- Azərbaycanın istənilən klubu üçün İngiltərə komandalarıyla qarşılaşmaq ancaq arzu ola bilər. Amma reallıq elədi ki, biz onlarla qarşılaşsaq, gərək uğur gözləməyək. “Fulham”lə bir qədər gec qarşılaşsaq, daha yaxşı olardı. Başlanğıc üçün AZAL-a mümkün qədər zəif rəqiblərin düşməsini istərdim.
- Danışıqlar apardığınız “Bakı”nın durumunu necə dəyərləndirərdiz?
- “Bakı” hələ də ən güclü komandalardan biri olaraq qalmaqdadı. Amma Vinfrid Şeferin gəlişi hər şeyi korladı. O, kollektivi dağıtdı, aparıcı futbolçular komandanı tərk etdi. Onun nə etmək istədiyini bilmirdik. Futbolçular da başa düşmürdülər ki, Şefer nə istəyir.

- Bəs Aleksandr Starkov?
- Onun haqda uşaqlar yaxşı fikirdədilər. O, intizamı sevir. Komandanın səviyyəsini qaldırmaq istəyir. Özü də “Bakı”nın özəyini saxlayıb.
- Onun haqda uşaqlar yaxşı fikirdədilər. O, intizamı sevir. Komandanın səviyyəsini qaldırmaq istəyir. Özü də “Bakı”nın özəyini saxlayıb.
- Bəs yığmamızın çıxışını necə dəyərləndirərdiz?
- Almaniya ilə yaxşı oynadılar. Qazaxıstanla oyuna gəlincə, Astanadakı qarşılaşma məni də təəccübləndirdi. Bizim futbolçular fərdi cəhətdən qazaxlardan güclüdülər. Niyə biz uduzduq? Ona görə ki, komanda oyunu yox idi. Foqts hələ də o komandanı yarada bilməyib. Ola bilər ki, o, yaxşı məşqçidi. Amma bizə heç nə verə bilməyəcək.