16 iyun 2011 11:58
Qarabağ Rauf Əliyevə əvəzləyici tapdı
Rauf Əliyevin Qazaxıstanla oyunda zədələnməsi və ən azı iki aylıq sıradan çıxması "Qarabağ"ı çətin vəziyyətə salıb. Azerisport.az xəbər verir ki, Avropa Liqasında mübarizə aparacaq Ağdam klubu hücumçu problemi ilə üzləşib.
Bu boşluğu doldurmaq üçün artıq fəaliyyətə başlayan ağdamlılar Raufun yoxluğunu yerli hücumçu ilə unutdurmağa çalışacaq. Belə ki, klub rəhbərliyi baş məşqçi Qurban Qurbanovun qərarı ilə Bəxtiyar Soltanovla danışıqlara başlayıb.
"Bakı" rəhbərliyi ilə maliyyə məsələlərində anlaşa bilməyən və klub axtarışına başlayan Bəxtiyar özü də "Qarabağ"da oynamağın əleyhinə deyil. Hazırda tərəflər müqavilənin maliyyə tərəflərini müzakirə edir. 22 yaşlı futbolçunun qiyməti 50-100 min dollar aralığındadı. Rəsmi anlaşmanın yaxın günlərdə imzalanacağı deyilir.
