16 iyun 2011 00:07
XL daha iki futbolçuyla yollarını ayırır
"Xəzər Lənkəran" daha iki futbolçu ilə yollarını ayırır. Azerisport.az xəbər verir ki, Tural Cəlilovla Ruslan Poladov da yeni mövsümdə Lənkəran klubunun formasını geyinməyəcək.
Komandanın baş məşqçisi Mirça Rednik bu futbolçuların xidmətində elə də maraqlı deyil. Bu səbəbdən də böyük ehtimalla Tural başqa kluba icarəyə veriləcək.
Poladov da komandanın təlim-məşq toplanışına qatılmayacaq. "İnter"lə razılığa gələn futbolçu yaxın günlərdə bu klubla müqavilə bağlayacaq.
Qeyd edək ki, "Xəzər Lənkəran" bundan əvvəl Aleksandr Pitsurka, Kosmin Frasinesku, Simao Bruno, Nikulae Muşat, Xristu Kyakun, Yevegeni Kopil, Elvin Beqiri, Stelian Stanku və İbrahima Banqura ilə vidalaşmışdı. Komandanın sıralarına isə sadəcə “Turan”dan qapıçı Kamal Bayramov cəlb olunub.
