16 iyun 2011 12:35
Elvin Əliyevin transfer qiyməti
AZAL-ın transferə çıxardığı Elvin Əliyevin qiyməti müəyyənləşib. Azerisport.az xəbər verir ki, paytaxt klubu mövsüm başa çatan kimi yollarını ayırmağa qərar verdiyi müdafiəçisinə 50-100 min dollar aralığında qiymət qoyub.
Belə ki, onun xidmətində maraqlı olan klublar məhz ən azı 50 min dollarından keçməli olacaq. Bu klub isə böyük ehtimalla, “Bakı” olacaq. Məsələ burasındadı ki, məhz paytaxtın eyniadlı klubu keçmiş futbolçusunu geri qaytarmaqda maraqlıdı və Əliyev özü də “Bakı”ya qayıtmaq istədiyi üçün transferə çıxarılmasını istəyib. Hazırda tərəflər arasında danışıqlar davam etdirilir.
