16 iyun 2011 12:54
Neftçi`də ÇL ərəfəsində ad günü
"Neftçi" PFK Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda üzvləri UEFA Çempionlar Liqasına hazırlığı gündə iki dəfə məşq keçməklə sürdürürlər.
Yeri gəlmişkən, flaqmanın gənc və istedadlı qapıçısı Elçin Sadıqovun 22 yaşı tamam olub. "Neftçi" PFK-nın rəhbərliyi ənənəyə sadiq qalaraq, bütün komanda üzvlərinə olduğu kimi, qolkiperinin də ad gününü qeyd edib. Bu münasibətlə "Neftçi" PFK-nın rəhbərliyi, məşqçilər korpusu və fubolçularının iştirakı ilə tədbir keçirilib. Vitse-prezident Tahir Süleymanov və baş məşqçi Arif Əsədov Elçin Sadıqovu təbrik edib, ona şəxsi həyatında və futbolçu karyerasında uğurlar arzulayıblar.
