17 iyun 2011 01:04
Millimizin məşqçisi Bundesliqa klubuna gedir
Azərbaycan yığmasının məşqçilər korpusunda yer alan Uli Ştayn komandamızla yollarını ayrıa bilər. Azerisport.az xəbər verir ki, millimizdə qapıçılarla işləyən qapıçı funksiyasını yerinə yetirən bu məşqçi öz ölkəsindən təklif alıb.
Belə ki, Almaniya mətbuatı onun “Arminia” klubu ilə danışıqlar apardığını iddia edir. Bilefeld təmsilçisinin bu mütəxəssisin xidmətində ciddi maraqlı olduğu bildirilir.
Millimizin çalışdırıcısının ikinci Bundesliqanın klubunun təklifini necə qiymətləndirəcəyi hələlik bilinmir. Bilinən yeganə şey isə odu ki, tərəflərin münasibətlərini iyunun 27-dən sonra aydınlaşdıracağıdı. Çünki həmin gün “Arminia” həm də yeni prezidentinə qovuşacaq.
