17 iyun 2011 13:21
Futbol mütəxəssislərimiz fəxri adlara layiq görüldülər (FOTOREPORTAJ)
Azərbaycan futbolunun 100 illiyi münasibətilə bu idman növünün inkişafındakı xidmətlərə görə bəzi şəxslərə fəxri adlar verilib. Azerisport.az xəbər verir ki, bu münasibətlə 3 nəfər “Fəxri bədən tərbiyəsi və idman işçisi”, 10 nəfər isə “Əməkdar məşqçi” adı ilə təltif olunub.
Həmin fəxri adları alan şəxlərin siyahısı ilə sizi də tanış edirik:
Fəxri bədən tərbiyəsi və idman işçisi:
Şakir Orucov, Elşad Ağayev, Sakin Məmmədzadə
Əməkdar məşqçi:
Adil Mahmudov, Asif Namazov, Böyükağa Hacıyev, Şamil Heydərov, Şakir Qəribov, Yaşar Vahabzadə, Gündüz Cəfərov, Vaqif Paşayev, Əsgər Abdullayev, Tahir Həsənov.
