17 iyun 2011 01:29
Şahin Diniyevə yenidən Terek`dən dəvət gəldi
Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev Rusiyanın “Terek” klubundan yeni təklif alıb. Azerisport.az xəbər veriri ki, Qroznı təmsilçisi həmyerlimizi yenidən sıralarına qaytarmaq istəyir.
Bu haqda saytımıza müsahibəsində özü xəbər verən Diniyev, bunları bildirib: “Ruud Qullit baş məşqçi postundan qovulandan sonra mənimlə də əlaqə saxladılar. Anatoli Baydaçnı zəng etmişdi. Soruşdu ki, yenidən “Terek”in məşqçilər korpusuna qayıtmağa necə baxıram. Amma mən ailə vəzityyətimlə əlaqədar razılaşa bilmədim. Çünki indi mən ailəmin yanında olmalıyam”.
Qeyd edək ki, Diniyev “Terek”lə yollarını ötən il ayırmışdı.
