17 iyun 2011 01:41
AFFA Türkiyə və İspaniya yığmalarını mükafatlandırdı (FOTOLAR)
AFFA tərəfindən təşkil olunmuş Caspian Cup beynəlxalq turnirinə yekun vurulub. Azerisport.az xəbər verir ki, VII yer uğrunda oyunda Tacikistan yığması 1:0 hesabı ilə Qırğızıstan komandasına qalib gəlib.
Özbəkistan yığmasının qapısından 5 cavabsız top keçirən Qazaxıstan komandası V yeri tutub. Üçüncü yer uğrunda oyunda Azərbaycan yığması Gürcüstanı penaltilərlə məğlub edibsə, həlledici oyunda da Türkiyə İspaniyaya oxşar şəkildə qalib gəlməklə, baş mükafata yiyələnib.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, təşkilatçı bankın idarə heyətinin üzvü Endryu Pospilovski və AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov təqdim edib.
Əvvəlcə final oyununun hakimlərinə xatirə hədiyyələri verilib. Sonra aşağıdakı nominasiyalar üzrə qaliblər hədiyyələrlə təltif olunub:
FAİR PLAY mükafatı – Qırğızıstan yığması
Turnirin ən sərrast futbolçusu – Abat Aimbetov – 6 qol (Qazaxıstan yığması)
Turnirin ən yaxşı qapıçısı – Okan Koçuk (Türkiyə yığması)
Turnirin ən yaxşı futbolçusu – Samuel Kastilyexo (İspaniya yığması)
Sonra üçüncü yeri tutan Azərbaycan, ikinci pillənin sahibi İspaniya və turnirin qalibi olan Türkiyə yığmasına xatirə medalları verilib. Sonda AFFA-nın baş katibi Elxan Məmmədov kuboku Türkiyə yığmasının kapitanına təqdim edib.
