17 iyun 2011 02:07
Galatasaray`dan 3 bomba birdən
Türkiyənin "Galatasaray" klubu mövsümün transfer bombalarına imza atmaq üzrədi. Azerisport.az xəbər verir ki, dünən səhər İspaniyaya yola düşən "Galatasaray" prezidenti Ünal Aysal, idman direktoru Bülent Tulun, idarəçilərdən Ali Gürsoyla Abdurrahim Albayrak "Atletico"nun prezidenti Enriko Kerezoya ilə görüşüb.
Tərəflər Xose Antonio Reyes, Tomas Uyfaluşi və Dieqo Forlanın "Cim-Bom"a transferini müzakirə ediblər. Saatlarla davam edən danışıqlar prosesi müsbət yekunlaşıb və tərəflər transferlərin baş tutması ilə bağlı razılıq əldə edib. Yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
Artıq bu haqda xəbəri “Galatasaray” rəsmi olaraq təsdiqləyib və sözügedən oyunçularla danışıqları davam etdirdikləri bildirilib.
