17 iyun 2011 14:28
“Azərbaycan futboluna Rəşad Sadıqovdan da yaxşı futbolçular verə bilərəm”
Bu gün Azərbaycanın əməkdar məşqçisi adına layiq görülən təcrübəli mütəxəssis Vaqif Paşayev bu münasibətlə fikirlərini açıqlayıb. O, azerisport.az saytına açıqlamasında bunları dilə gətirib:
“Əgər belə bir ad veriblərsə, deməli layiqli hesab ediblər. Bundan sonra da futbolumuza Rəşad Sadıqov kimi futbolçular bəxş etməyə hazıram. Onu asfalt üzərində yetişdirmişəm. İndi şərait daha da yaxşıdı. Əsas odu ki, inam olsun. Hələ ki, mən özümə qarşı bunu görmürəm. Halbuki, çalışsam, Azərbaycan futboluna Rəşad Sadıqovdan da yaxşı futbolçular bəxş edərəm”.