17 iyun 2011 02:41
Öncə bol qol, sonra sağlam müdafiə (FOTOLAR)
“Qarabağ` Ankarada təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, hazırlığın növbəti günündə maraqlı anlar yaşanıb.
Yüksək tempdə hazırlıqlarını davam etdirən komandada əhval-ruhiyyə yetərincə yüksəkdi. Sadəcə Qara Qarayev son iki günün məşqlərini buraxıb. Bir qədər ayağında ağrı hiss edən Qara bu gündən etibarən məşqlərə başlaya biləcək. Digər zədəli Rauf Əliyev isə İstanbulda müalicə olunur.
Yeri gəlmişkən qeyd edək ki, bu günlər “Qarabağ” ailəsi üçün olduqca əlamətdar olub. Belə ki, öncə 24-cü doğum gününü qeyd edən Vüqar Nadirovun doğum günü tortla qeyd olunub. Ötən gün isə milli komandamızın da müdafiəsinin dirəyi Rəşad Sadıqov 29 yaşını tamamlayırdı. Bu dəfə Rəşad üçün tort hazırlanmışdı. Vüqarın tortunda “bol qol” arzulanıbsa, Sadıqova “möhkəm müdafiə” dilənib.
