17 iyun 2011 14:48

Stiv Olfers Qəbələ`dən həm şikayət, həm də tərif etdi

“Qəbələ”nin hollandiyalı müdafiəçisi Stiv Olfers ölkəsindən olan jurnalistlərə bir sıra maraqlı açıqlamalar verib. Azerisport.az xəbər verir ki, vaxtilə “Feyenoord” və PSV kimi klubların şərəfini qorumuş futbolçu son mövsümdəki nəticələrindən, yeni mövsüm üçün hədəflərindən və komandasının baş məşqçisi Toni Adamsdan danışıb.
 
“Ötən mövsüm məni çox məyus etdi. Biz sadəcə 7-ci yeri tuta bildik. Artıq mövsümün ortasında həm medallar, həm də avrokuboklara getmək şansımızı tam itirmiş olduq” – deyə, Olfers təəssüfünü gizlətməyib.
 
29 yaşlı holland bu nəticənin onu qətiyyən qane etmədiyini bildirib: “Mən autsayderlərlə mübarizə aparan ikinci altılıq komandasında oynamaq istəmirəm. Amma hələ mövsümün əvvəlindən demişdilər ki, bu il bizim üçün hələ başlanğıc mərhələsidi. Növbəti mövsümdən isə artıq çempionluq üçün mübarizə aparacağıq”.

Olfers baş məşqçi Toni Adamsın işinin çətinliyindən də danışıb: “Onun əlinin altında elə də çox futbolçu yoxdu. Adams isə məhz onlarla uğur qazanmalıdı. Fikrimcə, növbəti mövsüm çox şeyə aydınlıq gətirmiş olacaq”.

Lakin bütün bu şikayətlərinə rəğmən, Stiv “Qəbələ”dən ayrılmaq fikrində deyil: “Mən hələ uzun müddət bu komandada qalmaq istərdim. Çünki, bu, mənim karyeramda xüsusi önəm daşıyır. Burda yaxşı məvacib verirlər, bu cəhətdən çox yaxşıdı. Növbəti mövsümdə də əsas məqsədimiz Avropa Liqasına və ya Çempionlar Liqasına vəsiqə qazanmaq olacaq”.

(Voetbal International)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.