17 iyun 2011 15:05
Qarabağ Albaniyanı bir-birinə vurdu
“Qarabağ” albaniyalı futbolçuları Ansi Aqolli və Admir Telini ölkələrinin yığmasına buraxmaq istəməyib. Azerisport.az xəbər verir ki, Albaniya yığması iyunun 20-də Argentina ilə sınaq matçı keçirəcək.
Ağdam klubunun rəhbərliyi isə hazırda Türkiyədə təlim-məşq toplanışında olan və qarşıdan gələn Avropa Liqasının oyunlarına hazırlaşan futbolçularını yığmaya buraxmaqdan imtina edib. Çünki Albaniya və Argentina milliləri arasındakı sınaq matçı heç də FİFA-nın yoldaşlıq görüşləri üçün nəzərdə tutduğu pəncərəyə təsadüf etmir.
Teli ilə Aqollinin millidən kənarda qalması isə nəinki Albaniyada, hətta Argentinada da səs-küyə səbəb olub. Çünki “Qarabağ”la yanaşı albanların top qovduğu digər klublar arasında da futbolçularını milliyə buraxmayanlar var. Bu üzdən də baş məşqçi Yosip Kuje argentinalılarla dueldə kimlərin xidmətindən yararlanacağını bilmir:
“Mən artıq gecələr yata da bilmirəm. Komandada cəmi 16 futbolçu qalıb”.
“Mən artıq gecələr yata da bilmirəm. Komandada cəmi 16 futbolçu qalıb”.
Albaniya mətbuatının bu məsələyə münasibəti də az maraq doğurmur: “Albaniya Argentina ilə oyun öncəsi əsl xaos içindədi. Heç kim bilmir ki, millinin heyətində kimlər çıxış edəcək”.
