17 iyun 2011 18:00
Sadıq Sadıqov ÇL-in püşkatmasına getməyəcək
İyunun 20-də İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının birinci və ikinci təsnifat mərhələsinin püşkü atılacaq. Azerisport.az xəbər verir ki, ölkəmizin şərəfini Çempionlar Liqasında qoruyacaq "Neftçi" PFK-nın ikinci təsnifat mərhələsindəki rəqibi həmin gün bilinəcək.
Bununla əlaqədar paytaxt klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu İsveçrəyə yollanacaq. Püşkatma mərasimində "Neftçi" PFK-nı məhz Əşrəfoğlu təmsil edəcək.
Maraq üçün qeyd edək ki, öncədən Əşrəfoğlu ilə birgə “Neftçi”nin prezidenti Sadıq Sadıqovun da Nyona gedəcəyi bildirilirdi. Lakin Sadıqovun səfərinin baş tutmamasının səbəbləri bilinmir.
