17 iyun 2011 19:19
Neftçi Türkiyə mətbuatının diqqət mərkəzində
İyunun 10-dan etibarən Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan Azərbaycan çempionu "Neftçi" PFK hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, flaqmanın UEFA Çempionlar Liqasına hazırlığı Türkiyə mətbuatının da diqqət mərkəzindədi.
Belə ki, qardaş ölkənin ən tanınmış informasiya agentliklərindən biri olan "İhlas" (İHA) “ağ-qaralar”ın düşərgəsinə baş çəkib. "İhlas"ın əməkdaşları "Neftçi"nin məşqini izləyiblər. Onlar flaqmanın baş məşqçi Arif Əsədov, eləcə də oyunçulardan müsahibə götürüblər.
