17 iyun 2011 11:33

Elnur Abdullayev: Onlarla bizim köhnə haqq-hesabımız var

“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Elnur Abdullayev azerisport.az saytına müsahibəsində son mövsümdən, qarşıdan gələn avrokuboklardan və və Avropa Liqasında Moldova klublarıyla qarşılaşmaq istəyindən danışıb.

- Lənkərandakı ilk mövsümünüzü necə dəyərləndirirsiz?
- Mövsümü uğurlu hesab edirəm. Mən hələ “Muğan”da çıxış edərkən özümü yaxşı tərəfdən göstərməyi bacarmışdım. Çox sevindirm ki, XL kimi komandanın diqqət mərkəzinə düşdüm. Burda mənə oynamağa imkan yaratdılar. Sonda biz kuboku qazandıq, çempionatın gümüş medallarını əldə etdik. Bunu uğurlu nəticə hesab edirəm. Amma öz oyunumdan tam razı qaldığımı deməzdim. Daha yaxşı oynaya bilərdim. Ən çox sevindirən məqam odu ki, baş məşqçi Mirça Rednik mənə güvənir.

- XL-dan Avropa Liqasında nə gözləyək?
- İndi hər şey püşkdən asılıdı. Biz çox istəyirik ki, Azərbaycan futbolunda tarix yazaq. XL qrup mərhələsinə vəsiqə qazana bilər. Bunun üçün isə 3 mərhələ keçməliyik ki, bu, heç də asan olmayacaq. Zəif rəqiblər olmayacaq. Buna görə də çox şeyə püşkdən sonra aydınlıq gələcək. Layiqli oynamaq və komandamızın ölkənin ən güclüsü olduğunu sübut etmək istəyirik.

- Hansı ölkə təmsilçiləriylə qarşılaşmağı daha çox istərdiniz?
- Moldova, Macarıstan, Litva, Latviya kimi ölkə təmsilçilərinə qarşı oynamaq olar. Həmin komandalar zəif deyillər. Amma elə XL səviyyəsindədilər. XL istənilən rəqibə qarşı oynaya bilər. Amma ilk mərhələdə güclü rəqiblə düşmək istəməzdik. Daha yaxşı olardı ki, Moldova klublarından biriylə düşək. Onlarla bizim köhnə haqq-hesabımız var.
 
- Deməli, XL “Nistru” və “Olimpia” ilə oyunlar unutmayıb...
- Həmin XL tarixdə qalıb. İndi tam fərqli komandamız var. Moldova klubları indi heç də bizimlə oynaya bilməz. Əminəm ki, yenə Moldova klubuyla düşsək, onlardan layiqli oyunla revanşımızı götürəcəyik. Biz indi özümüzə daha çox inanırıq. Heyətimiz də çox şeyə ümid bəsləməyə imkan verir.

- Sizcə, futbolumuzun hazırkı səviyyəsi qrup mərhələsinə ümid bəsləməyə imkan verir?
- Çempionatın səviyyəsi yüksəlib. Əlbəttə, hakim səhvləri qalmaqdadı, amma klublar gücləniblər. Rəqabət artıb. Bu mövsüm klublar azarkeşlərimizi sevindirməyə borcludular. Son iki ildə “Qarabağ” uğur qazana bildi. İndi hamımız birgə daha böyük uğurlara çalışmalıyıq. Bütün klublarımız Azərbaycanı təmsil edirlər. Buna görə də maksimumu düşünməyə borcluyuq.

- Sizin XL-la müqavilənizin müddəti yanvarda başa çatır. Komandada qalmağa hazırlaşırsız, yoxsa?
- Hələlik bu barədə düşünmürəm. Hələ qarşıda yarım il var. Mümkündü ki, yanvarda yeni müqavilə barədə düşünüm. Təbii ki, klub istəsə, qalacam. Burda məni hər şey qane edir. Xüsusilə də azarkeşlərin dəstəyi. XL həqiqətən böyük komandadı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.