18 iyun 2011 00:01
Qarabağ`ın zədəliləri sıraya döndülər
“Qarabağ” Türkiyədə hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, ötən gün - hazırlığın 9-cu günündə komandanın 2 məşqi baş tutub.
Günün səhər məşqində daha çox fiziki hazırlığa diqqət yetirilib. Yüngül qaçışın ardından 2 qrupda “kvadrat” oynayan komanda bununla da topdan imtina edib. Müxtəlif fiziki təmrinlər yerinə yetirən komanda üzvlərinin çalışması fiziki kondisiyaların yüksəlməsinə yönəlmişdi. 90 dəqiqəlik məşq yüngül qaçışla başa çatıb.
Günün 2-ci məşqində isə toplu çalışmalara üstünlük verilib. Topla müxtəlif hərəkətləri yerinə yetirən komanda fərqli vəziyyətlər üzərində çalışıb. Məşqin sonunda isə futbol oynanılıb.
Qeyd edək ki, ayağındakı ağrı səbəbindən son 2 məşqi buraxan Qara Qarayevlə yanaşı eyni səbəbdən son çalışmanı kənardan izləyən Namiq Yusifov dünəndən məşqlərdə iştirak etməyə başlayıblar.
