18 iyun 2011 00:03
Macarıstan klubu komandalarımızla 3 il oynaya bilməyəcək
UEFA Macaristanın “Gyor ETO” klubunu üç il müddətinə cəzalandırıb. Azerisport.az xəbər verir ki, sözügedən komanda qitə futbol qurumun bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb.
Buna səbəb isə sözügedən klubun lisensiya qaydalarını pozması olub. Buna görə Macarıstan Futbol Federasiyası da UEFA tərəfindən cərimə olunub. Lakin MFF-nin ödəməli olduğu 100 min avroluq cərimənin 50 mini şərti xarakter daşıyır. Yəni qarşıdakı iki ildə eyni qanun pozuntuları təkrarlanmasa, həmin məbləğ ödənilməyəcək.
Qeyd edək ki, bu üzdən “Gyor ETO” qarşıdakı üç mövsümdə (2011/12, 2012/13 və 2013/14) hətta vəsiqə qazansa belə, heç bir qitə miqyaslı turnirdə çıxış edə bilməyəcək. Bu isə o deməkdi ki, sözügedən komanda ən azı qarşıdakı 3 mövsümdə Azərbaycan təmsilçilərinə rəqib olmayacaq.
