17 iyun 2011 00:27
“Biz də Azərbaycan bayrağını dalğalandırmaqla qardaşlarımıza eyni qüruru yaşatmaq istədik”
Türkiyə U-17 yığmasının baş məşqçisi Tahir Karapınar Bakıda təşkil olunan Caspian Cup beynəlxalq turnirinin qalibi olmalarını şərh edib. Azerisport.az xəbər verir ki, o, final matçında İspaniya üzərində qələbə qazandıqları görüşdən sonra bunları dilə gətirib:
“Turnirin qalibi olduğu üçün çox xoşbəxtik. Futbolçularımız bütün varlığı ilə mübarizə apardı, qələbə qazanmaq üçün əllərindən gələni əsirgəmədilər. Azərbaycanlı azarkeşlərin bizə dəstək olması çox xoş idi. Eurovision musiqi yarışında Türkiyə bayrağını yüksəltməklə bizə qürur hissi yaşatdınız. Bu gün biz də qələbədən sonra Azərbaycan bayrağını dalğalandırmaqla azəri qardaşlarımıza eyni qüruru yaşatmaq istədik. Bizə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm”.
